• Beynəlxalq Jurnalistlər Federasiyası Trampın CNN-nin müxbiri ilə təhqiramiz rəftarına reaksiya verdi

Beynəlxalq Jurnalisltər Federasiyası ABŞ prezidentinin CNN-in jurnalistini Ağ Evdən qovmasını kəskin formada qınayıb.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Beynəlxalq Jurnalistlər Federasiyası (FİJ) cümə axşamı bir bəyanat yayaraq, Trampın CNN-in müxbiri ilə rəftarını aşkar "ifadə zorakılığı" adlandırıb. 

Bu beynəlxalq qurum yaşanan hadisəni təəssüfləndirici və qəbul edilməz hal adlandırıb. 

Beynəlxalq Jurnalistlər Federasiyası Trampın və Ağ Evin jurnalistlərə qarşı rəftarından təəccübləndiyini qeyd edib. 

ABŞ hökuməti CNN telekanalının müxbiri Cim Akostanın Ağ Evdə fəaliyyət lisenziyasını ləğv edib. Səbəb jurnalistini öz sualı ilə Trampı çətin duruma düşürməsi olub. 

Cim Akosta Trampın immiqrantlarla bağlı siyasətinə dair sualı ilə prezidenti çətin vəziyyətə salıb. 

Suala heç bir məntiqli cavabı olmayan Tramp isə görünməmiş bir hərəkətdə diplomatik qaydalara və əxlaq normalarına sığmayan şəkildə jurnalistin sualını yarımçıq kəsərək, mikarfonun əlindən alınmasını istəyib. 

Nov 09, 2018 08:49 Asia/Baku
Şərhlər