• Çin və Rusiya Vaşinqton ilə ciddi mübarizə aparmaq niyyətində olduqlarını açıqlayıblar

Çin və Rusiyanın baş nazirləri ölkələrinin ABŞ-ın dünyadakı birtərəfli siyasətləri ilə mübarizə aparmaqda qətiyyətli olduğunu deyiblər.

İRNA-nın məlumatına görə, Rusiyanın xarici işlər naziri Dmitri Medvedyev və Çinin xarici işlər naziri Li Ke Çiyanq cümə axşamı iki ölkə hökumətlərinin Pekində baş tutan 23-cü iclasında ABŞ-ın birtərəfli siyasətlərinə qarşı olduqlarını və bir neçə qütblü dünya quruluşunun dəyişdirilməsinə icazə verməyəcəklərini elan ediblər. 

Çin və Rusiyanın xarici işlər nazirləri "birtərəfli" siyasəti dünya üçün böyük təhlükə adlandıraraq, Pekin və Moskvanın dünyanın təhlükəsizliyi və sabitliyini qorumaq məqsədilə ABŞ-ın birtərəfli siyasətləri qarşısında müqavimət göstərməyi və bir neçə qütblü beynəlxalq quruluşu müdafiə etməyi qarşıya məqsəd qoyduqlarını elan ediblər. 

İki ölkənin baş nazirləri həmçinin, beynəlxalq ticarətin genişləndirilməsi, enerji sektoru, birgə sərmayə qoyuluşu və təyyarə sənayesi ilə bağlı əməkdaşlıqların artırılmasını, iki ölkə arasında illik ticarət dövriyyəsinin həcmini 100 milyard dollara artırmağı, turizm, media, idman və gənclər sahəsi üzrə birgə əməkdaşlıqların edilməsini vurğulayaraq, bu xüsusda razılığa gəliblər. 

Turizm sahəsində əməkdaşlıq, İpək yolunun aktivləşdirilməsi üçün lazımi infrastrukturların yaradılması, BRİXS ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi, Şanxay əməkdaşlıq təşkilatı çərçivəsində münasibətlərin genişləndirilməsi, mədəniyyət sahəsində birgə əməkdaşlıqlar Rusiya və Çin baş nazirləri arasında əldə olunmuş digər anlaşmalar olub. 

Teqlər

Nov 09, 2018 11:23 Asia/Baku
Şərhlər