• ABŞ-ın hərbi müdaxiləsi üzündən Asiyanın qərbində yarım milyon insan həlak olub

Vatson müəssisəsinin araşdırmalarına əsasən ABŞ-ın Asiyanın qərbindəki militarist siyasətləri yarım milyondan çox insanın ölməsinə səbəb olub.

 Amerikada yerləşən Braun Universitetinin "Vatson" araşdırmalar müəssisəsi ABŞ-ın 11 sentyabr 2001-ci il hadisəsindən sonra terrorizm ilə mübarizə bəhanəsi ilə Əfqanıstan, İraq və Pakistanda apardığı hərbi əməliyyatlar nəticəsində yarım milyondan çox insan həlak olub.

Vatson müəssisəsi öz bəyanatında bildirib: Braun Universiteti tərəfindən elan olunmuş ən son rəqəm 2016-cı ildə elan olunmuş rəqəmdən 110 min nəfər daha çoxdur. Bu isə Asiyanın qərbində savaşın "tam qaz" davam etdiyinə dəlalət edir.

Bu məlumata görə, ABŞ rəsmiləri və yerli dairələr tərəfindən elan olunan statistik məlumatlarda ölənlər əsasən silahlı ünsürlər kimi qələmə verilsə də, əslində bu insanların hamısı mülki insanlardırlar.

Teqlər

Nov 09, 2018 19:30 Asia/Baku
Şərhlər