• Zaxarova: Moskva Qərb ilə kəşfiyyat müharibəsinə hazırdır
    Zaxarova: Moskva Qərb ilə kəşfiyyat müharibəsinə hazırdır

Rusiya xarici işlər nazirliyinin sözçüsü Moskvanın qəbrlilərin Rusiyaya qarşı kəşfiyyat müharibəsi ilə qarşılaşmağa hazır olmasından xəbər verib.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Rusiya Qərb ilə kəşfiyyat müharibəsini uduzmayıbdır.

Bu rus rəsmi əlavə edib: Əgər Rusiya Qərb ilə kəşfiyyat müharibəsinin məğlubu olsaydı, rus mediaların Qərbdəki fəaliyyətləri ilə bağlı qanunlar bu həddə kəskin olmazdı və beynəlxalq sosial şəbəkələrdən bu həddə Rusiya üçün məhdudiyyətlərin yaradılması istənilməzdi.

Zaxarovanın sözlərinə görə, Fransa, Almaniya və İngiltərə rus mediaların fəaliyyətlərinin məhdudlaşdırılması üçün öz qanunlarını şiddətlənidiriblər.

Rusiya xarici işlər nazirliyinin sözçüsü həmçinin deyib: Qərblilərin böyük səhvi, Moskvaya qarşı qeyri-real məlumatlar yaymaq olubdur.

ABŞ və avropalı dövlətlər, o sıradan İngiltərə, son aylarda rus xəbər agentliklərinə və medialara qarşı məhdudiyyətlər yaradıblar.

Qərb dövlətlərinin bu hərəkətləri Rusiyanın reaksiyası ilə üzləşibdir.

Teqlər

Nov 11, 2018 09:38 Asia/Baku
Şərhlər