Nov 13, 2018 20:26 Asia/Baku
  • Rusiya ABŞ raketlərinin Avropada yerləşdirilməsi barədə xəbərdarlıq edib
    Rusiya ABŞ raketlərinin Avropada yerləşdirilməsi barədə xəbərdarlıq edib

Rusiyanın Avropa İttfaqındakı nümayəndəsi deyib: Amerika öz raket sistemlərini Avropada yerləşdirməklə bu qitəni təhlükəyə salır.

Rusiyanın Avropa İttfaqındakı nümayəndəsi Vladimir Çıjov bu gün "Financional Times" qəzetilə müsahibədə deyib: Əgər Amerika öz raket sistemlərini Avropada yerləşdirmək qərarına gələrsə, xüsusən Avropa ölkələrinin daxili siyasətində ciddi hadisələrin baş verməsinə bais olacaqdır.

Oktyabrın sonlarında Amerika bildirdi ki, orta mənzilli nüvə qüvvələri müahidəsindən çıxacaq və iddia etdi ki, Rusiya bu razılaşmanı pozub, halbuki Moskva bu ittihamı rədd edibdir.

Teqlər

Şərhlər