• BMT Fələstin xalqının müstəqil dövlətə malikolma haqqını vurğulayıb

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının üçüncü komitəsi Fələstin xalqının müstəqil dövlətə malikolma haqqını vurğulayan qətnamə layihəsinin lehinə səs verib.

Dünən Boliviyanın təklif etdiyi bu qətnamə layihəsinə səsvermədə 169 lehinə, 6 əleyhinə və 12 tərəfsiz səs qeydə alınıb. Beləliklə, bir daha ABŞ ilə sionist rejimin BMT Baş Assambleyasının bu komitəsindəki mənfi cəhdləri uğursuz qalıbdır.

Bu qətnamədə BMT Nizamnaməsinin "bərabər hüquqlar barədəki prinsipə hörmət"ə dair maddəsinə işarə olunaraq, Fələstin xalqının öz müqəddaratını təyinetmə haqqı diqqət mərkəzində durubdur.

Həmçinin bu qətnamədə sionist rejimin 1967-ci ildə təyin olunmuş sərhədlərə geri çəkilməsi vurğulanıb.

Bu qətnamə həmçinin Şərqi Beytulmuqəddəs daxil olmaqla bütün işğal olunmuş ərazilərin Fələstin dövlətinin hakimiyyəti altında ərazi bütövlüyünü vurğulayır və bütün BMT orqanlarından, ixtisas təşkilatlarından və dövlətlərdən istəyir ki, öz taleyini təyin etmək üzrə haqqının reallaşması sahəsində Fələstin xalqına dəstək və yardımı davam etdirsinlər.

Bu qətnamə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında da səsə qoyulmalıdır.

Teqlər

Nov 16, 2018 17:15 Asia/Baku
Şərhlər