Nov 22, 2018 12:52 Asia/Baku
  • Londonun cənubunda bir avtobus dayanacağında partlayış baş verib
    Londonun cənubunda bir avtobus dayanacağında partlayış baş verib

İngiltərə rəsmiləri Londonun cənubundakı bir avtobus dayanacağında bir neçə avtobusun partlaması və yanğının baş verməsindən xəbər veriblər.

"Deyli Star" qəzeti saytının məlumatına görə, İngiltərə rəsmiləri bildiriblər ki, Londonun cənubundakı bir avtobus dayanacağı bu gün yanğına düçar olub. Bu məntəqənin ətrafındakı sakinlər isə deyiblər ki, güclü partlayış səsi eşidiblər.

Bu məlumata görə, 60 yanğınsöndürən hadisə yerinə göndərilib və on bir avtobus yanmaqdadır.

Bu məntəqənin sakinləri bildiriblər ki, on partlayış səsi eşidiblər.

Hələ hadisənin səbəbləri, həmçinin ehtimal olunan tələfat və xəsarət barədə detallar elan olunmayıbdır.

Teqlər

Şərhlər