Nov 26, 2018 19:41 Asia/Baku
  • Mavritaniyanın Rifah partiyası da bin Salmanın müxalifləri cərgəsinə qoşulub
    Mavritaniyanın Rifah partiyası da bin Salmanın müxalifləri cərgəsinə qoşulub

Mavritaniyanın Rifah partiyası bir bəyanat yayaraq, səud vəliəhdinin qarşıdakı günlərdə Mavritaniyaya səfərinə dair xəbərlərin yayılması ilə bağlı onu Yəmən və Suriya uşaqlarınnın qatili və sionistlərin əlbiri adlandırıb.

Mavritaniyanın Rifah partiyası bu bəyanatda səud vəliəhdi Muhəmməd bin Salmanın Suriyaya qarşı savaşda, Yəmən xalqının kütləvi qırğınında, həmçinin "əsrin sövdələşməsi" planının həyata keçirilməsi yolu ilə Fələstinə qarşı fitnədəki rolunu kəskin tərzdə pisləyibdir.

Bu partiya həmin bəyanatda özünün və himayədarlarının bin Salmanın Mavritaniyaya səfəri ilə qəti müxalifətlərini elan edibdir.

Ərəbistan vəliəhdinin səudiyyəli jurnalist Camal Qaşıqçının qətlindən sonra Əlcəzair, əmirliklər, Tunis, Misir, Bəhreyn və Mavritaniyaya dövri səfərlərinin başlanması ilə bir zamanda, onun bu ölkələrə girişinin qarşısının alınması üzrə təzyiq və tələblər başlanıbdır.  

Teqlər

Şərhlər