• Mariya Espinoza: Fələstinlilərin əzabı və ölümü bir gerçəklikdir

BMT-nin Baş Assambleyasının sədri Fələstinlilərin əzabı və ölümünün gündəlik bir gerçəkliyə çevrildiyini amma, bəzi mediaların bu məsələyə göz yumduğunu deyib.

BMT Baş Assambleyasının sədri Mariya Fernanda Espinoza çərşənbə günü 29 noyabrda Fələstin xalqı ilə həmrəylik günü münasibətilə BMT-nin baş qərargahında keçirilən iclasda deyib: Fələstin xalqı bu gün həmişə olduğundan daha artıq həmrəyliyə ehtiyaclıdır. 

Maiya Fernanda Espinoza əlavə edib: Fələstin xalqı ilə həmrəylik sadəcə bu xalqın kədərini bölüşməklə kifayətlənməməlidir. Bu addım öz-özlüyündə dəyərli bir addım olsa da, Fələstin xalqı bundan daha artığına layiqdir. 

BMT Baş Assambleyasının sədri həmçinin deyib: Fələstin xalqının hazırkı acınacaqlı durumu bütün bəşəriyyətin vicdanında qalıcı bir yaradır və Fələstin xalqının sürətlə həll edilməsinə görə bütün tərəflər məsuliyyət daşıyır. 

BMT Baş Assambleyasının sədri Fələstin xalqının hazırkı durumu ilə bağlı ciddi nigaranlıq ifadə edib və deyib: Fələstin xalqının 43%-i didərgindir. Onların yarısını 18 yaşa qədər olanlar təşkil edir. Bundan başqa, qida təhlükəsizliyinin olmaması Qəzzə sakinlərinin 47%-nin həyatını təsir altına alıb. 

Teqlər

Nov 29, 2018 11:03 Asia/Baku
Şərhlər