• Politiko: Ərəbistan ABŞ-ın dəstəyi ilə regionun səbatsızlığı amilidir
    Politiko: Ərəbistan ABŞ-ın dəstəyi ilə regionun səbatsızlığı amilidir

Bir amerikan nəşr Vaşinqtonun Ərəbistanın cinayətlərinə dəstək verməsinə toxunaraq, yazıb: Ərriyad bu dəstəklərin sayəsində regionu səbatsız edibdir.

"Politiko" nəşrinin saytı ABŞ-ın dövlət katibi Mayk Pompeonun Ərəbistana dəstək istiqamətindəki son sözlərinə toxunaraq, yazıb: Pompeonun iddialarına rəğmən və bu cür himayələr sayəsində Ərəbistan bu ölkənin vəliəhdi Muhəmməd bin Salmanın siyasətləri ilə regionu səbatsızlaşdırıbdır.

Bu amerikan sayt əlavə edib: Trampın komandasının Ərəbistan üçün quyruq bulamaları gülünc olubdur.

Politiko saytı yazıb: Pompeonun son məqaləsi Tramp dövlətinin Ərəbistanla əlaqələrinə kor-koranə bir dəstək olub və Pompeonun Ərəbistanın dəyəri barədəki mübaliğəli təsəvvürlərini həzm etmək olmaz.

Pompeo son zamanlar "Uol Street Journal" qəzetindəki bir məqalədə Trampın "Amerikanın böyük müttəfiqi" kimi Ərəbistan barədəki təbirini təkrar edərək, bildiribdir ki, Ərəbistanın Yəməndəki savaşına və Qaşıqçının qətlinə reaksiyada Ərriyad-Vaşinqton əlaqələrinin azalması Amerikanın Yaxın Şərqdəki həyati maraqları və milli təhlükəsizliyini təhlükəyə salır.

Teqlər

Dec 05, 2018 21:27 Asia/Baku
Şərhlər