• BMT-nin insan haqları üzrə ali komissarı Qaşıqçının qətlinə dair araşdırmaların aparılmasını istədi

BMT-nin insan haqları üzrə ali komissarı ərəbistanlı tənqidçi jurnalist Camal Qaşıqçının qətlinin arxasında duran şəxsin müəyyən edilməsi üçün beynəlxalq araşdırmaların aparılmasın ıistəyib.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Mişel Baçlet deyib: Camal Qaşıqşının kim tərəfindən qətlə yetirildiyinə aydınlıq gətirmək üçün BMT tərəfindən beynəlxalq araşdırmalar aparılmalıdır. 

Mişel Baçlet bundan öncə də Camal Qaşıqçının qətlinə dair bütün detallara aydınlığın gətirilməsini istəmişdi.

İnsan Haqlarına Nəzarətin Vaşinqton ofisinin rəisi Sara Morqan da Camal Qaşıqçının qətli ilə bağlı beynəlxalq araşdırmaların həyata keçirilməsinə istəyərək, bu cinayət işinin beynəlxalq cinayət məhkəməsinə göndərilməsini istəyib. 

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi bundan öncə Camal Qaşıqçının qətlinə dair göstərişin  Ərəbistan vəliəhdi Məhəmməd Bin Salman tərəfindən verildiyini bildirib. 

Ərəbistanlı tənqidçi jurnalist Camal Qaşıqçı 2 oktyabrda İstanbulda Ərəbistanın Baş Konsulluğuna daxil olduqdan sonra şübhəli şəkildə yoxa çıxıb. Daha sonra medialar onun konsulluqda qətlə yetirildiyini bildiriblər. 

Dec 06, 2018 10:32 Asia/Baku
Şərhlər