"HRW" Türkiyə hökumətindən ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi hadisəsini BMT-nin xətti ilə və beynəlxalq araşdırmaların aparılması yolu ilə izləməsini istəyib.

İRİB-nin verdiyi məlumata görə, İnsan Haqlarına Nəzarət (‎‎Human Rights Watch) bir bəyanat yayaraq, BMT-nin nəzarəti altında araşdırmaların aparılmasını və Qaşıqçı olayına aydınlıq gətirmək üçün Ərəbistan rəsmilərin təzyiqlərin göstərilməsini istəyib. 

"HRW" öz bəyanatında bildirib: Ankara BMT-nin baş katibi Antonio Quterreşə rəsmi məktub göndərərək, belə bir tələb qaldırmalıdır. Bu addım Ərəbistan başçılarının həqiqətlərin gizlədilməsi və məsuliyyətdən yayınmaq üzrə hərəkətlərini zərərsizləşdirə bilər. 

Bu bəyanat Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın şənbə günü (1 dekabr) Argentinanın paytaxtı Buenos Ayresdə "Ər-Riyad Qaşıqçı olayında Ankara ilə əməkdaşlıq etmir" deməsinin ardınca verilib. 

Teqlər

Dec 06, 2018 19:07 Asia/Baku
Şərhlər