• OPEK - Neft İxrac Edən Ölkələr Təşkilatı
    OPEK - Neft İxrac Edən Ölkələr Təşkilatı

Neft istehsalı həcminin azaldılması OPEK-ə üzv ölkələrin 175-ci iclasının əsas mövzusunu təşkil edir. OPEK-ə üzv olan və olmayan neft istehsalçılarının iclası da sabah, Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Bu arada İranın neft naziri sanksiyalar dövründə İranın neft istehsalının həcmi ilə bağlı istənilən qərardan istisna edilməli olduğunu bildirib.

Bijən Namdar zəngənə deyib: “Biz daim OPEK-in neft bazarında sabitliyin qorunması üzrə səylərini dəstəkləmişik. Amma, hazırkı şəraitdə daha öncə də dediyim kimi, sanksiyaların olduğu zamana kimi biz istehsalla bağlı heç bir anlaşmada iştirak etməyəcəyik və İran istehsal həcmi ilə bağlı istənilən anlaşmadan istisna edilməlidir.”

İranın neft naziri Bijən Namdar Zəngənə həmçinin, OPEK-ə üzv ölkələr ilə müzakirə yolu ilə İrana qarşı təzyiqlərin artırılması məqsədilə Brayan Hukun Vyanaya səfər etməsini naşıcasına və müdaxilə xarakterli hərəkət adlandırıb. ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Brayan Huk OPEK-in iclasından öncə Ərəbistanın energetika naziri ilə görüşüb.

ABŞ prezidenti isə dünya bazarında neftin qiymətinin bahalaşmasına mane olmaq üçün Ərəbistandan OPEK-in neft istehsalı həcmini azaltmasına mane olmasını istəyib. Tramp həmçinin, Tvitter-də paylaşdığı yazıda OPEK-dən istehsal həcmini hazırkı səviyyədə saxlamasını və azaltmamasını istəyib.

Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri və OPEK-in dövrü sədri Süheyl Əl-Məzrui isə jurnalistlərə verdiyi açıqlamada deyib: “Razılığın əldə edilməsi çətindir. Amma, bütün üzv ölkələr dərk edir ki, anlaşmanın əldə edilməsi üçün əməkdaşlıqlar davam etdirilməlidir.”

Qətərin energetika naziri də OPEK-in bu günkü iclasında iştirak etməsinə baxmayaraq, neft istehsalı həcminə dair bağlı qapılar arxasında keçiriləcək iclasda iştirak etməyəcəyini və bununla da Qətərin rəsmən OPEK-dən ayrılacağını bildirib.

Səəd Əl-Kəbi deyib: Qətər gündəlik olaraq 600 min barel neft istehsal edir. Buna görə də, daha çox qaz istehsalına diqqət yönəltmək istəyir.

Səəd Əl-Kəbi: “Qətər 2019-cu ilin yanvarından etibarən OPEK-dəki üzvlüyünə son qoymaq istəyir. Biz, neft ticarətindən çıxacağımızı demirik. Amma, OPEK hazırda yalnız bir ölkə tərəfindən idarə edilən bir təşkilata çevrilib.”

Qətərin energetika naziri OPEK-in iclasından öncə İranın neft naziri ilə də görüşüb.  

 

Dec 06, 2018 19:19 Asia/Baku
Şərhlər