• Çin ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarına qarşıdır

Çin Xarici İşlər Nazirliyinin sözçüsü bir daha Pekinin ABŞ-ın İran İslam Respublikasına qarşı birtərəfli sanksiyaları ilə müxalif olduğunu deyib.

İRNA-nın verdiyi məlumata görə, Qenq Şuanq cümə axşamı Pekində mətbuat konfransında deyib: Çin ABŞ-ın digər ölkələrə o cümlədən İrana qarşı BMT_nin Təhlükəsizlik Şurasının qətnamələrindən kənar sanksiyaları ilə müxalifdir. 

Çin Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Pekin Təhlükəsizlik Şurasının sanksiyalarla bağlı qətnamələrinə daim riayət edib və ona sadiq qalıb. 

Qenq Şuanq həmçinin, Çinin "Huawei " texnolobiyalar şirkətinin baş müdirlərindən birinin Kanadada Vaşinqtonun istəyi və "ABŞ-ın İrana qarşı sanksiyalarının pozulması" ittihamı ilə həbs olunmasına da münasibət bildirib və deyib: Bu şirkətin fəaliyyətləri beynəlxalq qanunlar əsasındadır. 

Kanada polisi "Huawei " şirkətinin rəyasət heyətinin üzvlərindən olan Venju Manqı iki gün öncə həbs edib. 

"Huawei " texnologiyalar şirkəti də bir bəyanat yayaraq, bu şirkətin müdirlərindən birinin ABŞ-ın istəyi ilə Kanadada həbs olunmasını qanunsuz hərəkət adlandırıb və bildirib: "Huawei " şirkətinin Kanadada həbs olunan müdiri heç bir qanunsuz iş görməyib. 

"Huawei " şirkəti öz bəyanatında bu şirkətin bütün fəaliyyətlərinin beynəlxalq qanunlara uyğun olduğunu bildirib. 

Teqlər

Dec 06, 2018 19:31 Asia/Baku
Şərhlər