• ABŞ konqresinin müsəlman üzvü: Tramp irqçidir

ABŞ konqresinin nümayəndələr palatasının yeni və müsəlman üzvü bu ölkə prezidentini irqçilikdə ittiham edib.

6 noyabrda ara seçkilərdə Miçiqan ştatından nümayəndələr palatasına seçilən müsəlman qadın Rəşidə Talib Hill telekanalına verdiyi açıqlamada deyib: Donald Trampın bəyanatlarında onun rasist siyasət yeritdiyini başa düşmək olur və o buna görə cavabdeh olmalıdır. 

Rəşidə Talib deyib: Tramp Tvitterdəki mesajları ilə siyasətçiləri və ABŞ xalqını çaş-baş qoyur. 

ABŞ xalqı və siyasətçiləri dəfələrlə Trampı irqçi bəyanatlarına görə qınayırlar. 

Teqlər

Dec 07, 2018 13:25 Asia/Baku
Şərhlər