• İrlandiya senatı sionist qəsəbə sakinləri ilə ticarəti qadağan edib

İrlandiya senatı işğal olunmuş Fələstin ərazilərindəki sionist qəsəbələr ilə ticarətin qadağan edilməsi layihəsi ilə razılaşıbdır.

İrlandiya senatorları çərşənbə günü "İşğal olunmuş Fələstin ərazilərindəki iqtisadi fəaliyyətlərə nəzarət" barədəki qanun layihəsini araşdıraraq, qəbul ediblər.

Bu qərara görə, işğal olunmuş Fələstin ərazilərindəki sionist qəsəbələrdə yerləşən şirkətlər ilə hər cür ticarət, ixracat və ya idxalat qanunsuzdur.

Bu qərara əsasən, həmin qanuna riayət etməyənləri beş ilədək həbs və ya 250 min avro cərimə gözləyir.

Qeyd olunan qərar icra edilməzdən öncə İrlandiya parlamentində də qəbul olunmalıdır.

İrlandiya senatının müstəqil senatoru Franses Blak bir twitter mesajında yazıb: İrlandiya bu qanunsuz ticarətə son qoyacaq ilk Avropa Birliyi ölkəsi ola bilər.

Bundan öncə də İrlandiyanın xarici işlər naziri Saymon Kovni bir twitt-də Qüdsün sionist rejimin paytaxtı kimi tanınması layihəsini tənqid etmiş və yazmışdı ki, bu kimi qərar və fikirlər tərikedici və qərəzlidir və regiondakı sülh prosesinə qarşıdır.

Dec 07, 2018 14:36 Asia/Baku
Şərhlər