• Pakistan dövləti milli maraqları ABŞ ilə əlaqələrdən üstün tutur

Pakistanın baş naziri vurğulayıb ki, bu ölkənin dövləti xalqın maraqlarını Amerika ilə əlaqələrdən üstün tutur.

İmran xan "Vaşinqton Post" qəzeti ilə müsahibədə deyib: İslamabad Vaşinqtonun bu ölkəyə qarşı təzyiqlərinə əhəmiyyət verməyəcək və Pakistan xalqının xeyrinə olan işi görəcəkdir.

İmran xan əlavə edib: Amerikanın 17 il bundan qabaq Əfqanıstanda saldığı müharibə Pakistana böyük tələfat və xəsarətlər gətiribdir ki, onların əvəzinin çıxılması çətindir.

Pakistanın baş naziri həmçinin vurğulayıb: Amerika pul ödəməklə Pakistan hərbçilərinin onların tərəfindən döyüşmələri üçün İslamabadı vasitəçilik müharibəsinə daxil edə bilməz. 

İmran xan sonra ABŞ prezidenti Donald Trampın Pakistanı terrorizm mərkəzi adlandırmasını tənqid edibdir.

Dec 07, 2018 15:08 Asia/Baku
Şərhlər