Dec 11, 2018 12:57 Asia/Baku
  • "Huawei"in həbsdə olan müdiri üçün zəmanətin təyin edilməsi təxirə salınıb

Kanada məhkəməsi "Huawei" şirkətinin həbsdə olan rəyasət heyətinin üzvünün azadlığa buraxılması üçün zəmanətin təyin edilməsini təxirə salıb.

Röyters-in verdiyi məlumata görə, Kanada məhkəməsinin bu qərarı "Huawei" şirkətinin rəyasət heyətinin üzvü Minq Uanju-nun həbsdə qalacağı mənasındadır. 

Minq Uanju dekabrın birində ABŞ hökumətinin sifarişi əsasında Vaşinqtonun İrana qarşı sanksiyalarını pozmaq ittihamı ilə Kanada ərazisində həbs edilib. 

ABŞ hökuməti Uanju-nun təhvil verilməsini istəyir. 

Çinin Xarici İşlər Nazirliyi Kanadanın Pekindəki səfiri Con Mək Kalumu çağırtdıraraq, Uanju-nun həbs edilməsinin mənfi nəticələri haqda Ottavaya ciddi nota verərək, onun Amerikaya təhvil verilməsinə dair kəskin xəbərdarlıq edib. 

Teqlər

Şərhlər