Dec 12, 2018 19:08 Asia/Baku
  • Amerika atışmalarında 29 nəfər ölüb və yaralanıb
    Amerika atışmalarında 29 nəfər ölüb və yaralanıb

Ötən sutka ərzində Amerikanın müxtəlif nöqtələrindəki atışmalar nəticəsində 29 nəfər ölüb və yaralanıb.

Amerikada silahlı zorakılıqların sayının qeydiyyatı mərkəzi bu gün bildirib ki, ötən sutka ərzində bu ölkənin müxtəlif ştatlarında baş vermiş 41 atışma halında on iki nəfər ölüb, 17 nəfər də yaralanıbdır.

Amerikada silahlı zorakılıqların sayının qeydiyyatı mərkəzinin bildirişinə görə, bu atışmaların əksər hissəsi Corciya və Texas ştatlarında baş verib.

Belə bir halda, ötən iki sutka ərzində Amerikanın müxtəlif ştatlarında 143 atışma halı elan edilibdir ki, onların nəticəsində 52 nəfər ölüb, 65 nəfər də yaralanıbdır.

Hər il Amerikanın müxtəlif nöqtələrində odlu silahla atəşaçma nəticəsində minlərlə nəfər ölür və ya yaralanır. Bununla belə, Amerikanın prezident, senat və konqres seçkilərində təyinedici rola malik olan silah istehsalı və satışı üzrə nüfuzlu lobbi daim şəxslərin silah əldə etməsi keçmişinin araşdırılması və bu sahədə sərt tədbirlərin görülməsinin qarşısını alır.

 

Teqlər

Şərhlər