Dec 13, 2018 11:22 Asia/Baku
  • Tereza Mey Mühafizəkarlar Partiyasının rəhbəri olaraq qaldı

Tereza Mey Britaniyanın baş naziri və Mühafizəkarlar Partiyasının rəhbəri olaraq bu ölkə parlamentində etimad səsi əldə edib.

Tereza Mey çərşənbə günü 200 lehinə və 117 əleyhinə səslə parlamentin etimadını əldə etməyi bacarıb. Bununla da baş nazir və Mühafizəkarlar Partiyasının rəhbəri olaraq öz işini davam etidər biləcək. 

Britaniya Parlamentində hakim Mühafizəkarlar Partiyası 317 təmsilçiyə malikdir. Bu etimad səsi ilə Tereza Mey baş nazirlik postundakı yerini qoruya bilib. 

Tereza Meyin müxalifləri onun "Brexit"lə bağlı Avropa İttifaqı ilə əldə etdiyi anlaşmaya qarşıdırlar. 

Şərhlər