Dec 16, 2018 14:54 Asia/Baku
  • Putin Tramp ilə müzakirələrə hazırdır
    Putin Tramp ilə müzakirələrə hazırdır

Kremlin sözçüsü Rusiya prezidentinin amerikalı həmkarı ilə müzakirələrə hazır olduğunu deyib.

Tass xəbər agentliyinin verdiyi məlumata görə, Dimitri Peskov bazar günü deyib: Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp ilə zəruri və təcili məsələlər o cümlədən strateji təhlükəsizliyə dair danışıqlar aparmağa hazırdır.

Dmitri Peskov əlavə edib: Moskvanın qənaətinə görə iki ölkə başçıları arasında görüş hər iki tərəf üçün zəruridir.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da bundan öncə bildirmişdi ki, Qara Dəniz məsələsi və Ukrayna gəmilərinin Rusiya tərəfindən saxlanılmasına aydınlıq gətirilmədiyi zamana kimi Tramp və Putin arasında görüş olmayacaq.

Kremlin sözçüsü isə bu barədə deyib: Bu kimi mövqeyin tutulması ilə Rusiyanın sərhədlərini pozmaqla xətaya yol verənlərin işinin araşdırılması prosesini ləğv etmək olmaz.

Teqlər

Şərhlər