Dec 19, 2018 10:21 Asia/Baku
  • “Huawei” Amerikadan fakt təqdim etməsini istəyib
    “Huawei” Amerikadan fakt təqdim etməsini istəyib

“Huawei” şirkətinin prezidenti Amerikadan və digər ölkələrdən bu şirkətin məhsullarının təhlükəsizlik baxımından olan nöqsanları xüsusundakı iddialarına fakt təqdim etmələrini istəyib.

AP-nin verdiyi məlumata görə,  “Huawei” şirkətinin prezidenti Ken Hu bu Çin şirkətin qərargahına dəvət edilmiş müxbirlərə deyib: Amerikanın  “Huawei” şirkətinə qarşı ittihamları ideoloji və geopolitik amillərdən mənşə alır . O  “Huawei”-nin Avstraliyada və digər bazarlarda 5-ci nəsl şəbəkələrindən istisna edilməsinin qiymətlərin artımına və texnoloji inkişaf sürətinin azalmasına gətirib çıxaracağı və nəhayət müştərilərə ziyan vuracağı barədə xəbərdarlıq edib.

Avstraliya və Yeni Zelandiya təhlükəsizlik məsələlərinə görə  “Huawei” şirkətinin bu ölkələrin 5-ci nəsl şəbəkələrində fəaliyyətinə qadağa qoyublar. Amerika və Taivan da bu şirkətin fəaliyyətlərinə qarşı daha geniş məhdudiyyətlər tətbiq ediblər. Yaponiyanın kibernetik təhlükəsizlik agentliyi də bildirib ki, təhlükəsizlik baxımından yüksək riskə malik olan  “Huawei” kimi təminedicilər dövlət sifarişləri siyahısından çıxarılacaqlar. Bu məhdudiyyətlər hələlik  “Huawei”-yə çox da təsir etməyib. 

Şərhlər