Dec 24, 2018 21:26 Asia/Baku
  • İndoneziyada sunami qurbanlarının sayı artır
    İndoneziyada sunami qurbanlarının sayı artır

İndoneziyanın təbii fəlakətlər ilə mübarizə idarəsi sunami nəticəsində ölən və yaralananlara dair yeni məlumat yayıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, son məlumatlara əsasən sunami nəticəsində Sumatra və Yava adalarının sahil məntəqələrində ölənlərin sayı 373 nəfərə çatıb. 

İndoneziyanın təbii fəlakətlər ilə mübarizə idarəsi sunamidə həlak olanların sayı ilə yanaşı, yaralananlar və itkin düşənlərin də sayında artım olduğunu bildirib. 

Son məlumatlara görə sunami nəticəsində 430 ev, 9 otel və 10 gəmi məhv olub. 

Teqlər

Şərhlər