Jan 10, 2019 14:37 Asia/Baku
  • Britaniya parlamenti Tereza Meya 3 gün möhlət verdi

Britaniya parlamenti bu ölkənin baş nazirinə "Brexit"lə bağlı anlaşma layihəsinə alternativ təqdim etməsi üçün 3 gün möhlət verdi.

Britaniya parlamenti bir qanun layihəsi qəbul edərək, bu ölkənin baş nazirinə hökumət ilə Avropa Birliyi arasındakı anlaşma layihəsinin təsdiq edilməyəcəyi təqdirdə, alternativ variant təklif etməsi üçün 3 gün möhlət verib. 

Britaniya parlamenti üzvlərinin qarşıdan gələn çərşənbə axşamı Tereza Meyin "Brexit"lə bağlı anlaşma layihəsinə səs verməyəcəkləri ehtimal olunur. 

Britaniyanın baş naziri bundan öncə Britaniyanın Avropa Birliyindən heç bir anlaşma olmadan çıxmasını önləməyin yeganə yolunun "Brexit"lə bağlı hazırkı anlaşmanın qəbul edilməsi olduğuna dair xəbərdarlıq edib. 

Britaniya parlamentinin aşağı palatası çərşənbə axşamı 303 lehinə və 296 əleyhinə səslə Tereza Meyin "Brexit"lə bağlı anlaşmaya düzəlişin edilməsini istəyib. Parlament üzvləri "Brexit"dən sonrakı dövrlə bağlı nigaranlıqların aradan qaldırılması üzrə zəmanətlərin verilməsini istəyirlər. 

Britaniyanın Avropa Birliyindən çıxmasına dair anlaşma layihəsi 30 mart 2019-cu il tarixində icra edilməlidir. 

Şərhlər