Jan 11, 2019 17:08 Asia/Baku
  • Hindistan İranla ticarət əlaqələrinin genişləndirilməsini vurğulayıb

Hindistanın ticarət və sənaye naziri İranla ticarət əlaqələrinin genişləndirilməsini vurğulayıb.

Sureş Prabu bildirib ki, Yeni Dehli heç bir beynəlxalq qanunu pozmadan İran İslam Respublikası ilə ticarət əlaqələrini davam etdirəcək.

Hindistanın ticarət və sənaye naziri İrandan neft alqısının davamına təkid edərək, söyləyib: Yeni Dehli Hindistanın pul vahidi olan rupiyyədən İranla ticarətdə istifadə etmək niyyətindədir.

Bir çox dünya ölkəsinin, o sıradan Çin, Rusiya, Hindistan və Türkiyənin ABŞ-ın sanksiyalarına riayət etməmələri və onunla müxalifət etmələri ABŞ prezidenti Donal Trampı bəzi sanksiyalardan geri çəkilməyə məcbur edibdir.

Nəticə etibarı ilə Amerika İrandan neft satın ala bilmələri üçün Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyə müvəqqəti güzəştlər veribdir.

Şərhlər