Jan 11, 2019 19:58 Asia/Baku
  • "Divar" qalmaqalı davam edir - Birləşmiş Ştatlarda

Ağ Ev ilə Konqres arasında “divar” qalmaqalı davam edir. Hökumətin bağlı qalması isə təqribən 800 min nəfərin işsiz qalmasına səbəb olub.

Trampın arzusu da elə bu idi. Hökümətin bağlı qalmasında Klintonun rekordunu təzələsini. Baxmayaraq ki, Monika kimilərini pul müqabilində susmağa məcbur edə bildiyi üçün işi impiçmentə qədər uzanmayıb.

Amma, CBS kimi informasiya kanalları isə hökumətin bağlanmasına görə 3 həftədir ki, əmək haqqı ala bilməyən insanlar ilə müsahibələr yayırlar.

Tramp isə mediaların dəli olduqlarını deyir.

Amma, universitet müəllimi olan Ceym Luin isə Trampın digər problemləri “divar”ın arxasında gizlətməyə çalışdığını deyir.

“Seçkilərdən öncə Tramp ilə Rusiya arasındakı münasibətlər məlum deyil, divarın arxasında gizlənib. Bir çox suallar var. Amma, hamısı divarların arxasında gizlənib. Misal üçün nə üçün Trampın maliyyə deklarasiyası təqdim etmədiyini bilmək istəyirik.”

İndi Tramp Meksika ilə sərhədlərə gələrək, proqramının sıx olduğu üçün Davosa getməyəcəyini deyib. İsveçrədə keçiriləcək Dünya İqtisadiyyat Forumu ABŞ prezidenti olmadan keçiriləcək.

“Divar”ın pulunu verməsələr milli fövqəladə vəziyyət elan edəcəyini deyib.

Əsas məsələ isə budur ki, “divar”ın tərəfdarları və müxalifləri iki cəbhə formalaşdırıblar. Həm president həm də Konqresin sədri öz tərəfdarlarından qarşı tərəfə təzyiq göstərmələrini istəyirlər.  

 

Teqlər

Şərhlər