Jan 11, 2019 21:30 Asia/Baku
  • Nikolas Maduronun tərəfdarları Karakasda aksiya keçiriblər

Venesuela perzidentinin tərəfdarları onun and içmə mərasimi ilə eyni zamanda, Prezidentə xarici təzyiq və müdaxilələrə qarşı dəstək aksiyası keçiriblər.

İRİB-in verdiyi məlumata görə, Nikolas Maduro tərəfdarları onun prezidentliyinin ikinci dövrünün başlanması ilə eyni zamanda paytaxt Karakas küçələrində aksiya keçirərək Amerikanın Venesuelaya qarşı siyasətləri əleyhinə şüarlar veriblər.

Nikolas Maduro dünən Venesuela ali məhkəməsində and içdikdən sonra rəsmən prezidentliyinin ikinci dövrünü başlayıb. Maduro prezidentliyinin birinci dövründə də Amerika tərəfindən ayrı-ayrı məkirli planlara məruz qalmışdı.

Teqlər

Şərhlər