Jan 12, 2019 20:32 Asia/Baku
  • ABŞ xalqı bu ölkə tarixində ən uzun “şatdaun”u utandırıcı hesab edir
    ABŞ xalqı bu ölkə tarixində ən uzun “şatdaun”u utandırıcı hesab edir

Son rəy sorğularının nəticələrinə görə, Amerikada federal hökumətin bir sıra orqanlarının işinin qismən dayandırılması prossesinin uzanmasını ölkə sakinlərinin dörddə üç hissəsi utandırıcı hesab edir.

Amerikanın NPR radiosunun internet portalının verdiyi məlumata görə, rəy sorğusunda iştirak edən hər on nəfərdən yeddi nədəri hesab edir ki, federal hökumətin bir sıra orqanlarının işinin dayandırılması ölkəyə və iqtisadiyyata ziyan vurur və konqres Meksika sərhədlərində divarın inşası üçün büdcə mövzusunda hökumət ilə müzakirələri davam etdirməlidir. 

Bu rəy sorğusunun nəticələri həmdə onu göstərir ki, ABŞ prezidentinin son sözləri hökumətin fəaliyyətsizliyinə son qoyulmasına təsirsiz ötüşüb. 

ABŞ prezidenti çərşənbə axşamı konqres və Ağ ev ilə divar inşası üçün 5.7 milyard dollarlıq büdcə barədə yaranmış problem xüsusunda deyib ki, divarın xərci dolayısı ilə, Meksika ilə ticarət razılaşması yolu ilə təmin ediləcək. 

Şərhlər