Jan 21, 2019 18:00 Asia/Baku
  • Sudanda böhran
    Sudanda böhran

Sudanda hökumət əleyhinə xalq etirazlarının davamında Sudanlı Müəllimlər Komitəsi bir daha ümumi tətil aksiyasının davam etməsindən xəbər verib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Sudanlı Müəllimlər Komitəsi və Sudanın İşçi Sindikatı hökumət əleyhinə dinc etiraz aksiyalarının davamında bazar günü bir daha ümumu tətil aksiyasının keçirilməsini istəyib.

Bu çağırışın ardınca Sudan polisi ilə aksiya iştirakçıları arasındakı toqquşmalar dünən də davam edib.

Sudan polisi bazar günü hökumət əleyhinə etiraz aksiyasında iştirak edənləri dağılışmağa məcbur etmək üçün gücdən istifadə edib. Omdurman şəhərinə doğru yürüş etmək məqsədilə Xartumda parlament binası qarşısında bir araya gələn aksiya iştirakçılarına hücum edən polis gözyaşardıcı qazdan istifadə edib.

İnformasiya qaynaqları eyni zamanda Sudanın təhlükəsizlik qüvvələrinin aksiya iştirakçılarına hücum etməsindən xəbər veriblər.

Sudanlı aksiya iştirakçıları bir daha prezident Ömər Əl-Bəşirin hakimiyyətdən getməsini istəyiblər.

Ömər Əl-Bəşir isə hökumət əleyhinə etiraz aksiyalarının davam etəsi haqda xəbərdarlıq edib və deyib: Çörək və yanacaq qıtlığı var. Və xalq buna etiraz edir. Amma, iğtişaşçılar bundan sui-istifadə edərək, ümumi və dövlət əmlakına zərər və ziyan vururlar.

Bu arada Sudan hökuməti bir daha Ərəbistanın Əl-Ərəbiyyə kanalının Sudandakı ofisinin rəhbərini çağırtdıraraq, etiraz aksiyaları ilə bağlı xəbərləri işıqlandırması formasına etiraz edib.

Əl-Ərəbiyyə kanalı Sudanda hökumət əleyhinə etiraz aksiyalarında ölən və yaralananların sayına da işarə edir.

Yəmən müharibəsi başladığı zaman Ərəbistanın maliyyə dəstəyinə dair vədləri müqabilində Sudanın da Səudiyyə rejiminin kənarında yer almasına səbəb olmuşdu. Amma, Sudanda son zamanlar vəziyyətin gərginləşməsi və etiraz aksiyalarının genişlənməsiilə Xartum  ilə Ər-Riyad əlaqələrində gərginlik müşahidə olunmağa başlayıb. 

Sudan hökuməti ilə mxalif olan Əl-Ümmə partiyasının sədri Sadiq Əl-Mehdi də Sudandakı son etiraz skaiyaları ilə bağlı BMT tərəfindən araşdırmaların aparılmasını istəyib. 

Sadiq Əl-Mehdi BMT-nin iştirakı olmadan Sudanda son etiraz aksiyaları ilə bağlı aparılan araşdırmaların etibarsız olduğunu deyərək, etiraz aksiyalarında insanlara qarşı həddən artıq güc tətbiq edən təhlükəsizlik qüvvələri və onlara belə bir göstəriş verən şəxslərin cinayətkar olduqlarını bildirib və onların mühakimə edilməsini istəyib. 

Sudan müxalifətinin lideri etiraz aksiyası zamanı yaralılara yardım etmək istəyən bir həkim və bir tibb işçisinin ölümünə dair araşdırmaların aparılmasına təkid edib. 

Sudan rəsmiləri bildirirlər ki, ölkədə xalq etirazlarının başlandığı zamandan bəri 24 nəfər bu etiraz aksiyalarında həyatını itirib. Halbuki, beynəlxalq dairələr o cümlədən İnsan Haqlarına Nəzarət Sudandakı etiraz aksiyalarında ölənlərin sayının 40 nəfərə çatdığını bildirirlər. 

Sudanda etirazlar 19 dekabr 2018-ci il tarixindən başlayıb. Etirazlar ilk olaraq bahalığı hədəf almışdı. Xüsusilə çörək və  yanacağın bahalaşması etirazlara səbəb olub. Amma, hazırda narazı kütlə prezident Ömər Əl-Bəşirin hakimiyyətdən getməsini istəyir. 

Şərhlər