Jan 23, 2019 19:08 Asia/Baku
  • Batumidə yeni terminalın inşa edilməsi etirazlara səbəb olub
    Batumidə yeni terminalın inşa edilməsi etirazlara səbəb olub

Gürcüstanın cənub-qərbində yerləşən Batumi şəhərinin sakinləri ABŞ-ın sərmayə qoyuluşu ilə bu şəhərdə yeni bir terminalın inşa edilməsinə etiraz olaraq aksiya keçiriblər.

Aran Nyus-un bildirdiyinə görə, Batumu sakinləri bu terminalın inşa edilməsindəki məqsədin təhlükəli kimyəvi maddələrin Avropaya daşınması olduğunu bildirərək, bu məsələnin insanların sağlamlığı və ətraf mühit üçün təhlükəli olduğunu deyirlər.

Gürcüstan hökuməti Batumi limanında yeni yük terminalının inşa edilməsinə dair ABŞ-ın Tramp şirkəti ilə 20 milyon dollarlıq müqavilə imzalayıb.

Yeni yük terminalının quraşdırılmasına etiraz edənlər bildirirlər ki, insan sağlamlığı və ətraf mühit üçün təhlükəli olan bu terminalın inşasına mane olmaq üçün öz etirazlarını davam etdirəcəklər.

Şərhlər