Feb 01, 2019 12:19 Asia/Baku
  • Moqerini: Avropa Birliyi nüvə anlaşmasının tam icrasına sadiq qalmaqda davam edir

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi dünən gecə bir bəyanatda Avropanın İranla xüsusi ticarət kanalı- INSTEX-in işə salınmasını alqışlayıb və onu Avropanın nüvə anlaşması qarşısındakı öhdəliyi istiqamətində atılan mühüm addım adlandırıb.

Federika Moqerini vurğulayıb ki, Avropa Birliyi sürətlə INSTEX-i genişləndirəcək. O, Avropa Birliyinə üzv bütün ölkələrdən istəyibdir ki, bu sahədə fəal iştirak etsinlər.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi söyləyib: İranın öz nüvə öhdəliklərinə sadiq qalacağı zamanadək bu birlik də bütün istiqamətlərdə nüvə anlaşmasının tam və təsirli icrasına sadiq qalacaqdır.

Moqerini əlavə edib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik indiyədək on üç hesabatda İranın nüvə anlaşmasına sadiq qaldığını təsdiq edibdir.

Avropa cümə axşamı günü gecə aylardan sonra nəhayət İranla ticarət üzrə xüsusi kanalın işə salındığını rəsmən elan etdi.

Teqlər

Şərhlər