Feb 02, 2019 20:00 Asia/Baku
  • Avropa Birliyinin nümayəndəsi: Qarabağ münaqişəsinin nizamlanması asan deyil
    Avropa Birliyinin nümayəndəsi: Qarabağ münaqişəsinin nizamlanması asan deyil

Avropa Birliyinin Cənubi Qafqaz məsələləri üzrə nümayəndəsi Qarabağ münaqişəsinin nizamlanmasının çətin bir proses olduğunu deyib.

İRNA-nın məlumatına görə, Avropa Birliyinin Cənubi Qafqaz məsələləri üzrə nümayəndəsi Toivo Klaar cümə günü Brüsseldə keçirilən "Qarabağ münaqişəsi və sülhün bərqərar edilməsinin faydaları" adlı iclasda münaqişənin dinc yolla həll edilməsi üzrə səylərin davam etməsinə təkid edib.

Bu iclas Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair seçimləri araşdırmaq üçün keçirilib.

"Berlin Economics" iqtisadi araşdırmalar mərkəzinin icraçı direktoru Rikardo Quççi də deyib: Qarabağ münaqişəsinin dinc yolla həlli regionun iqtisadi inkişafına müsbət təsir göstərəcək.

Teqlər

Şərhlər