Feb 03, 2019 12:38 Asia/Baku
  • Moskva və Dəməşq Suriya böhranının siyasi həllini vurğulayıblar
    Moskva və Dəməşq Suriya böhranının siyasi həllini vurğulayıblar

Suriyanın Moskvadakı səfiri və Rusiya xarici işlər nazirinin Yaxın Şərq və Şimali Afrika məsələləri üzrə müavini Suriya böhranının siyasi həllini vurğulayıblar.

Rusiya xarici işlər nazirliyi bir bəyanatda bildirib ki, Suriyanın Moskvadakı səfiri Riyad Həddad Rusiya xarici işlər nazirinin Yaxın Şərq və Şimali Afrika məsələləri üzrə müavini Mixail Boqdanov ilə görüşdə onunla Suriya böhranının siyasi həll yollarını və Moskva-Dəməşq ikitərəfli həmkarlığının müxtəlif sektorlarda gücləndirilməsini araşdırıb.

Rusiya xarici işlər nazirliyinin bəyanatına görə, Riyad Həddad və Mixail Boqdanov bu görüşdə həmçinin Suriyanın iqtisadi və ictimai bərpası prosesi, eləcə də suriyalı didərginlərin öz ölkələrinə geri dönmələri üçün münasib şəraitin yaradılması barədə müzakirə aparıblar.

Suriyada böhran region parametrlərini sionist rejimin xeyrinə dəyişdirmək üçün Səudiyyə Ərəbistanı, ABŞ və onların müttəfiqləri tərəfindən dəstəklənən terrorçu qrupların geniş hücumları ilə 2011-ci ildən başlanıbdır ki, Suriya ordusu və xalqının səyləri ilə düşmənlərin fitnəsi uğursuz qalıbdır.

Teqlər

Şərhlər