Feb 05, 2019 10:48 Asia/Baku
  • Avropa və Ərəb ölkələri xarici işlər nazirlərinin Brüssel iclası nəticəsiz başa çatdı
    Avropa və Ərəb ölkələri xarici işlər nazirlərinin Brüssel iclası nəticəsiz başa çatdı

Avropa Birliyi və Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirlərinin üzv ölkələrin növbəti sammitinə hazırlıq iclası heç bir nəticə əldə etmədən öz işini başa vurub.

Röyters-in bildirdiyinə görə, Brüssel iclası tərəflər arasında razılığın əldə edilməməsinə görə nəticəsiz başa çatıb. 

Bu məlumata görə, Avropa Birliyi və Ərəb Liqası başçılarının sammitinə 3 həftədən daha az zamanın qaldığı halda, hələ də sammitin proqramını konkretləşdirmək mümkün olmayıb. 

Üzv ölkələrin xarici işlər nazirləri bazar ertəsi günü sammitə hazırlıq məqsədilə Brüsseldə bir araya gəlsələr də, sonda müştərək bəyanatın verilməsinə dair razılığa gələ bilməyiblər. 

Tərəflər arasındakı ixtilafların dəriniliyi Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini ilə Ərəb Liqasının baş katibi Əhməd Əbülğeyzin birgə mətbuat konfransından da hiss etmək mümkün olub. Belə ki, Əbülğeyz mətbuat konfransında Moqerininin sözünü kəsərək, iclasın nəticəsiz başa çatmasının səbəbini Avropa ölkələrinin əməkdaşlıq etməməsi adlandırıb. 

Moqerini də onun cavabında qarşı tərəfi əməkdaşlıq etməməkdə ittiham edib. 

Bu məlumata görə, mühacirət və ərəbistanlı jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilməsi məsələlərinə dair fikir ayrılıqları ilə yanaşı, Ərəbistan vəliəhdi Məhəmməd Bin Salmanın Avropa Birliyi və Ərəb Liqası sammitində iştirak etməsi ehtimalı Avropalıların tərəddüd etməsinə səbəb olub. 

Bəzi Avropa rəsmiləri hələ də G-20 iclasında Bin Salmanın kənarında yer aldıqları üçün ictimai qınaqdan xilas ola bilmirlər. 

Teqlər

Şərhlər