Feb 08, 2019 12:57 Asia/Baku
  • BMT: Səudiyyə başçıları Qaşıqçının qətlində məsuliyyət daşıyırlar

BMT-nin qanundankənar və özbaşına edamlar məsələləri üzrə xüsusi məruzəçisi dünən bir hesabatda Ərəbistan hökumətinin başçılarını səud rejimini tənqid edən jurnalist Camal Qaşıqçının qətlində birbaşa məsuliyyət daşıyan ünsürlər kimi təqdim edib.

Qaşıqçının qətli üzrə təhqiqat qrupuna sədrlik edən Aqnes Kallamard öz hesabatında yazıbdır ki, bu qətl səudiyyə başçıları tərəfindən planlaşdırılaraq, icra edilibdir.

Bu ilkin hesabatda həmçinin deyilir ki, Ərriyad ciddi şəkildə Türkiyə dövlətinin Qaşıqçının qətli barədəki təhqiqatlarını zəiflətməyə can atıbdır.

Səud rejimini tənqid edən Camal Qaşıqçı oktybarın ikisində Ərəbistanın İstanbuldakı konsulluğuna daxil olduqdan sonra itkin düşdü.

Səud rejimi 18 gün sükutdan və təkzibdən sonra dünya ictimaiyyətinin təzyiqləri altında nəhayət  oktyabrın 19-da Qaçıqçının bu konsulluqda qətlə yetirdiyini etiraf və təsdiq etdi.

Camal Qaşıqçının adı Səudiyyə rejimi tərəfindən axtarışda olan və həbs edilən şəxslərin siyahısında idi. O, həbs olunmaqdan ehtiyat edərək, Səudiyyə Ərəbistanından xaricdə yaşayırdı.

 

 

Teqlər

Şərhlər