Feb 10, 2019 14:00 Asia/Baku
  • Amerikalı müəllimlər tətildə iştiraka çağırılıblar
    Amerikalı müəllimlər tətildə iştiraka çağırılıblar

Amerikalı müəllimlər Kolorado ştatının mərkəzi olan Denver şəhərində bildiriblər ki, öz əmək haqqılarının artırılması barədə məsul şəxslərlə razılaşmaya çatmaqda nakam qalmalarının ardınca tətil keçirəcəklər.

Denver müəllimlər birliyi Amerika dövlət başçıları ilə bir il müzakirədən sonra bir bəyanat formasında bildirib ki, dövlətin aldadıcı təklifi ilə üzləşmədə Denver müəllimlərinin tətili bazar ertəsi günü başlanacaqdır.

Bu bəyanatın davamında deyilir: Amerika dövləti bütün müəllimlər üçün münasib əmək haqqı əsası nəzərdə tutmaq əvəzinə, az sayda müəllim üçün bəzi təşviqedicilər təqdim etmək fikrindədir.

Yerli rəsmilər də məktəbəqədər şagirdlərdən beş min nəfərin dərslərini, işçi qüvvəsinin olmaması səbəbindən ləğv ediblər.

Denver müəllimlər birliyi bildirib ki, ötən ay müəllimlərin 93 faizi bu tətildə iştiraka səs veribdir.

Taym jurnalı 2018-ci ilin sentyabrında xəbər veribdir ki, Amerikada bəzi müəllimlər öz qəbzlərini ödəmək üçün qan satmağa üz tutublar.

Teqlər

Şərhlər