Feb 10, 2019 18:14 Asia/Baku
  • Həftər qüvvələri Liviyanın Dərnə şəhərinə yiyələniblər
    Həftər qüvvələri Liviyanın Dərnə şəhərinə yiyələniblər

"Liviya milli ordusu" özünün bu ölkənin şərqindəki Dərnə şəhərinə tam yiyələnməsindən xəbər verib.

General Xəlifə Həftərin komandanlığı altında olan "Liviya milli ordusu" adlı qüvvələr bildiriblər ki, şənbə günü gecə Dərnəni tam şəkildə ələ keçirə biliblər.

Həftər qüvvələri Dərnədəki iki binanı mühasirə ediblər. Onlar bu iki binaya sığınmış silahlı qrupların başçılarının özlərini təslim etmələrini gözləyirlər.

Həftər qüvvələri təqribən iki həftə bundan öncə də demişdilər ki, əlli gün döyüşdən sonra Dərnə şəhərini ələ keçiriblər, amma silahlı qüvvələrin bir qrupu şəhərin bəzi məntəqələrində, o sıradan onun qədim hissəsində gizlənibdir.

Şərhlər