Feb 10, 2019 19:10 Asia/Baku
  • Yeni-Zelandiyada yanğın minlərlə nəfərin didərgin düşməsinə səbəb olub
    Yeni-Zelandiyada yanğın minlərlə nəfərin didərgin düşməsinə səbəb olub

Yeni-Zelandiyada yanğın və onun miqyasının bu ölkənin Nelson şəhərinin yaşayış massivlərinədək yayılması nəticəsində minlərlə nəfər didərgin düşüb.

İndiyədək Nelson şəhəri əhalisindən üç min nəfər altı gün bundan öncədən başlanmış yanğının dairəsinin genişlənməsindən qorxuya düşərək, öz yaşayış məkanını tərk edibdir.

Yanğının mühasirəsində olan məntəqənin təqribən yetmiş min nəfər əhalisi var və 23 vertolyot iki təyyarə ilə yanaşı, yanğını söndürməyə göndərilibdir.

Teqlər

Şərhlər