Feb 11, 2019 19:19 Asia/Baku
  • Quterreş bəzi ölkələrdəki anti-mühacirət siyasətlərini tənqid edib

BMT baş katibi bəzi ölkələrdəki anti-mühacirət siyasətlərini kəskin şəkildə tənqid edib.

Antonio Quterreş Afrika İttifaqının Efiopiyada keçirilən 32-ci sammitində bəzi ölkələrdə sərhəd keçidlərinin bağlanmasına toxunaraq, deyib: Afrika ölkələri iqtisadi təzyiqlərə, həmçinin sosial və təhlükəsizlik problemlərinə rəğmən, öz sərhədlərini mühacirlərin üzünə açıq qoyublar.

BMT baş katibi söyləyib: Bəzi ölkələrin öz sərhədlərini mühacirlərin üzünə bağlamaları təəssüf doğurur.

Quterreş çıxışının davamında sülh və təhlükəsizlik, sabit inkişaf və iqlim dəyişikliklərini Afrika İttifaqının qarşısında duran digər problemlərdən adlandırıb.

Afrika İttifaqının 32-ci sammiti mühacirət məsələsi daxil olmaqla müxtəlif mövzuların araşdırılması məqsədilə Efiopiyanın paytaxtı Əddis-Əbəbədə işə başlayıb.

Şərhlər