Feb 14, 2019 19:25 Asia/Baku
  • AB İrandakı terror hücumuna reaksiya verib

Avropa Birliyi bir bəyanatda İranın cənub-şərqindəki terror hücumunu pisləyərək, onun baş verməsinə görə, başsağlığı verib.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerininin ofisi bu gün bu bəyanatda dünən İranın Sistan və Bəluçestan vilayətində baş vermiş terror hücumunun şəhidləri və yaralılarının ailələrinin kədərinə şərik çıxıbdır.

Bəyanatda deyilir: Bu cür terror hücumu üçün heç bir əsaslandırma yoxdur və Avropa Birliyi İran xalqına və hadisə qurbanlarının ailələrinə başsağlığı verərək, hücumda yaralananların tez bir zamanda sağalmalarını arzu edir.

Dünən gecə İranın cənub-şərqində yerləşən Xaş-Zahidan şose yolunda İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın sərhədçilərini daşıyan bir avtobus kamikadze partlayışına məruz qalıb. Nəticədə 27 sərhədçi şəhid olub, 13 nəfər də yaralanıbdır.

Ərəbistan daxil olmaqla regiondakı bəzi ərəb ölkələri tərəfindən dəstək alan “Ceyşulzulm” terror qruplaşması bu cinayətin məsuliyyətini üzərinə götürüb.

İran xarici işlər nazirinin siyasi müavini Seyyed Əbbas Əraqçi bu gün özünün twitter-dəki şəxsi səhifəsində yazıb: İran İslam Respublikası sərhədçilərini daşıyan avtobusa qarşı terror hücumunu işləyib hazırlayanlar və ona dəstək verənlər hazırda Varşava iclasında oturublar ki, Yaxın Şərqdə terrorizmlə üzdəniraq mübarizə aparsınlar.

 

 

 

Teqlər

Şərhlər