Feb 15, 2019 12:05 Asia/Baku
  • Amerika və Ağ Ev-in müttəfiqləri Varşava konfransında təcrid olunublar

Varşava konfransının keçirilməsi Amerikanın və Ağ Ev-in müttəfiqlərinin gündən-günə təcrid olunduqlarını üzə çıxarıbdır.

Amerika dövlətinin İranın dinc nüvə proqramına qarşı yalanları davam etdirmək üzrə proqramı Varşava konfransında uğursuz qaldı.
Konfrans iştirakçısı olan ölkələr İranın nüvə anlaşmasının icrasına sədaqətini etiraf ediblər.

Amerika dövləti bildirmişdi ki, Varşava konfransı İranla mübarizə məqsədilə təşkil edilir, lakn ölkələrin rəğbət göstərməmələri səbəbindən konfransın rəsmi iş gündəmini dəyişməyə və İranı onun mehvərliliyindən çıxarmağa məcbur oldu.

Rusiya, Çin, Türkiyə, Qətər, Livan, habelə Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini və Fələstin Muxtariyyəti bu konfransda iştirak etmədilər.

Fransa və Almaniyadan yalnız aşağı səviyyəli diplomatlar iştirak etmişdilər. İngiltərənin xarici işlər naziri Ceremi Hant da konfransı tez tərk etmişdi.

Varşava konfransı İranın adını öz yekun bəyanatına salmadan bitdi.

Amerikan “Politiko” informasiya saytı xəbər verib ki, Varşava konfransı Vaşinqtonun təcrid olmasını azaltmalı idi, amma əksinə, bu təcridi daha çox göstərdi.

 

 

 

Şərhlər