Feb 15, 2019 15:49 Asia/Baku
  • Pelosi fövqəladə vəziyyət mövzusuna münasibət bildirib

ABŞ konqresinin nümayəndələr palatasının sədri bu ölkə prezidentinin fövqəladə vəziyyət elan etməsi ehtimalı ilə qarşılaşmağa hazır olduğunu bildirib.

AP-nin verdiyi məlumata görə, Nansi Pelosi deyib: ABŞ konqresi nümayəndələr palatası ABŞ prezidenti Donald Trampın ümumölkə fövqəladə vəziyyət elan etməsinə reaksiya göstərməyə hazırlaşacaq.

Nansi Pelosi deyib: Tramp ümumölkə fövqəladə vəziyyət elan edərsə bu onun illuziyaya düçar olduğu demək olacaq.

Nansi Pelosinin bildirdiyinə görə, bu gün Amerikada fövqəladə vəziyyət odlu silahdan istifadə nəticəsində bütün ölkəni bürüyən zorakılıqdan ibarətdir.

Öncə NBC telekanalı ABŞ senatında respublikaçı çoxluğun rəhbəri Miç Mak Kanelə istinadla bildirmişdi ki, Tramp büdcə layihəsini imzalamağa hazırdır ancaq eyni zamanda sərhədlər barədə fövqəladə vəziyyət elan edəcək.

Federal hökumətin büdcə layihəsində Trampın sərhəd divarı üçün bir milyard yarıma yaxın vəsait nəzərdə turulub halbuki Tramp bu rəqəmin 5 milyara dollar olmasında israrlıdır.

Tramp fövqəladə vəziyyət elan etməklə ordu büdcəsindən sərhəd divarı üçün ayırmaq imkanı əldə etməyi düşünür.

Teqlər

Şərhlər