Feb 16, 2019 13:50 Asia/Baku
  • Münhen iclası region reallıqlarının bəyanı üçün bir fürsətdir
    Münhen iclası region reallıqlarının bəyanı üçün bir fürsətdir

55-ci Münhen təhlükəsizlik konfransında İranın xarici işlər naziri region reallıqlarının bəyanı üçün fürsət tapacaqdır.

Münhen iclası region reallıqlarının bəyanı üçün bir fürsət

Münhen təhlükəsizlik konfransı cümə günü dünyanın hər yerindən gəlmiş 35-dən çox dövlət başçısı, əlli xarici işlər naziri və otuz müdafiə nazirinin iştirakı ilə işə başladı. Bu konfrans iştirakçıları üçün fürsət yaradacaq ki, ən mühüm regional və beynəlxalq təhlükəsizlik mövzularını araşdırsınlar. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də Münhen təhlükəsizlik konfransında iştirak edərək, İran İslam Respublikasının siyasətləri haqda söhbət edəcək.

Zərif- İranın xarici işlər naziri:

Münhendə biz İran İslam Respublikasının siyasətləri və region reallıqları haqda söhbət edəcəyik.

Amerika özünün riyakarcasına siyasətəri ilə region xalqları arasında gərginliyi, toqquşmanı, eləcə də terrorizm, qarşıdurma və düşmənçiliyə dəstəyi artırıb, həmçinin əmin-amansızlıq, səbatsızlıq, yoxsulluq, savaş və ifratçılığı yayıbdır. Amerikanın ötən bir neçə onillikdəki yanlış siyasətləri Donald Trampın Amerikanın Yaxın Şərq regionunda yeddi trilyon dollar xərc çəksə də bir yerə çatmadığını bildirməsinə səbəb olubdur. Əlbəttə, Tramp da elə həmin yanlış yolun davamçısıdır.

Zərif- İranın xarici işlər naziri:

Cənab Tramp deyib: Biz Yaxın Şərq regionunda yeddi trilyon dollar xərc çəkdik və bir yerə çatmadıq. Mən belə hesab edirəm ki, qərblilər, xüsusən Amerika ötən qırx ildəki səhvlərini tez bir zamanda dərk və həyatı özləri və bizim region üçün daha asan etməlidirlər.

Münhendəki bu konfransın kənarında Cənubi Koreyanın xarici işlər naziri və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini İran İslam Respublikasının xarici işlər naziri ilə görüşərək, nüvə anlaşmasının son olayları, regional məsələlər və iki tərəfi maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Deyilməli olan məsələ budur ki, İran İslam Respublikası öz strateji prinsipləri əsasında daim beynəlxalq sülh və təhlükəsizlik ardınca olubdur. Təcrübə göstərir ki, əhatəli sülh və təhlükəsizliyin yaradılması üçün kollektiv bir səyin olmayacağı zamanadək münaqişə və əmin-amansızlıqlar mövcud olmaqda davam edəcəkdir.

 

 

 

 

 

Şərhlər