Mar 11, 2019 16:37 Asia/Baku
  • Tramp sionistlərin sevimlisi olduğunu dedi

ABŞ prezidenti sionist rejimin başlıca himayədarı olan şəxs kimi İsraildə baş nazirlik üçün namizədliyini irəli sürəcəyi təqdirdə, həddən artıq çox səs toplayacağını dedi.

Donald Tramp Respublikaçıların Milli Komitəsinin himayədarları arasında etdiyi çıxışında İsraildə baş nazir olmaq üçün namizədliyini irəli sürəcəyi təqdirdə, 98% səs toplayacağını deyib.

Hill informasiya portalının bildirdiyinə görə, ABŞ prezidenti hökumətinin İsrail rejiminə olan  maliyyə və hərbi yardımlarını misilsiz adlandıraraq, ABŞ-ın səfirliyini də Təl-Əvivdən Qüdsə köçürdüyünə işarə etdi. 

ABŞ prezidenti həmçinin, demokratlara qarşı ittihamlarını yenidən təkrar etdi. Tramp cümə günü demokratları antisemitizmdə ittiham etmişdi.

Bu məlumata görə, Trampın İsrailin baş nazirliyi barədə səsləndirdiyi qeyri adi fikirlərin ardınca, təhlükəsizlik qüvvələri Trampın səsləndirdiyi bu fikirlərin daha sonra problem yaratmaması üçün iştirakçılardan telefonlarını maqnit kisələrə qoymalarını istəyib.

İsrailin hazırkı baş naziri Benyamin Netanyahu 2009-cu ildən bəri bu vəzifədədir və müttəfiqi Tramp kimi müxtəlif ittihamlar ilə üz-üzədir.

Teqlər

Şərhlər