Mar 15, 2019 09:17 Asia/Baku
  • ABŞ Senatı milli fövqəladə vəziyyətin ləğ edilməsinə qərar verib

ABŞ senatı dünən ABŞ prezidenti Donald Trampın tərəfindən elan edilmiş milli fövqəladə vəziyyətin ləğv edilməsi layihəsinə səs verib.

İRNA-nın verdiyi məlumata görə, ABŞ senatı 59 lehinə və 41 əleyhinə səslə bu qətnaməni qəbul edib.

Bu qətnamə 26 fevralda ABŞ konqresinin münayəndələr palatasında 245 lehinə və 182 əleyhinə səslə qəbul edilmişdi. 

Bu qərar icra edilmək üçün Tramp tərəfindən imza olunmalıdır ancaq Tramp bu qərarın qəbul olunmasından dərhal sonra Tvitter səhifəsində yazıb ki, onu imzalamayacaq. 

Donald Tramp bu qərara veto qoyacağını bildirib. 

Şərhlər