Mar 15, 2019 10:37 Asia/Baku
  • Breksit təxirə düşdü

İngiltərə parlamenti dünən qəti əksəriyyətlə bu ölkənin Avropa Birliyindən çıxması prosesində təxirə səs verdi.

İngiltərə parlamenti 202 "əleyhinə" səs qarşılığında 412 "lehinə" səslə breksitin təxirə salınması layihəsini qəbul edibdir.

Bu, o deməkdir ki, İngiltərə martın 29-da Avropa Birliyindən çıxmayacaq.

Beləliklə, İngiltərə Avropa Birliyindən istəyəcəkdir ki, bu ölkənin həmin ittifaqdan çıxması möhlətini təxirə salsın.

Bununla belə, bu məsələnin digər bir hissəsi Avropa Birliyi rəhbərlərinin qərarına qayıdır ki, Londonun breksiti təxirəsalma xahişi ilə razılaşmış olsunlar.

Bu səsvermə İngiltərə parlamentinin 85 "lehinə" səs qarşılığında 334 "əleyhinə" səslə bu ölkənin Avropa Birliyindən çıxması barədə referendumun yenidən təşkil olunmasına neqativ səs verməsindən sonra keçirildi.

İngiltərə parlamenti çərşənbə günü də bir səsvermədə bu ölkənin Avropa Birliyindən razılaşma olmadan çıxması seçiminə qarşı çıxmışdı.

Şərhlər