Mar 15, 2019 16:19 Asia/Baku
  • Trampdan Avropa Birliyinə şok

Burada, ABŞ prezidenti dedi ki, onların bir çox əmtəə mallarına rüsum tətbiq edəcək, çünki avropalılar amerikalılarla insafsızcasına rəftar edirlər.

Burada, ABŞ prezidenti dedi ki, onların bir çox əmtəə mallarına rüsum tətbiq edəcək, çünki avropalılar amerikalılarla insafsızcasına rəftar edirlər.

Tramp öz kitabının hər bir sətri üzərindən sövdələşmə hünərini nümayiş etdirir. Məhz onu varlı etmiş yolu gedir. Daha artıq mənfəət əldə etmək üçün höcətləşmə və təzyiqgöstərmə. Hətta əgər həmişəki şərikləri ilə olan möhkəm bağlar zərər görsələr belə.

Hofstra universitetinin tarix müəllimi, yazar Alen Singer deyir:

Singer: Trampın siyasəti “Əvvəl, Amerikadır” nəzəriyyəsinə söykənir. Digər ölkələrlə uyuşmaq tərzi barədə düşünmək əvəzinə, başqa ölkələrə qoçuluq etmək tərzi haqda fikirləşir ki, onlar Amerikanın istədyi hər bir şeyi etmiş olsunlar. Məncə, bu məğlubiyyətə uğrayacaq bir siyasətdir. Zira digər ölkələr yalnız Amerikanın istədyi şeyləri yerinə yetirməyə meylsizdirlər. Hazırda bütün Avropada Amerikanın gördüyü işlərdən qəzəblidirlər.

Avropanın hiddətlənməsinin mübarizə meydanında Amerika üçün bir fərqi vardırmı? Avropalıların Ümumdünya Ticarət Təşkilatına şikayət etmələri və cavab addımı olaraq, Amerikadan idxal olunan bəzi mallara rüsumları artırmalarıTrampı anlaşmaya və multilateralizmə çəkə bilərmi?

Elə burayadək də heç olmasa, ötən iki ilədək Birləşmiş Ştatların qədim müttəfiqləri dəfələrlə BMT-nin Təhlükəsizlik Şurasında Amerikaya qarşı mövqe tutublar. Amerikanın Avropaya qarşı bu yeni rüsumlarının tətbiqi məsafələri artıra bilər.

 

 

Şərhlər