Mar 17, 2019 12:43 Asia/Baku
  • "İslam Sülh Assossasiyası" Yeni Zelandiyada müsəlmanların qırğın edilməsini qınadı

İslam Sülh Assossasiyası Yeni Zelandiyada müsəlmanların qırğın edilməsin hegemonçuluq quruluşundan qaynaqlanan terrorizmin nümunəsi adlandırdı.

İslam Sülh Assossasiyası bir bəyanat yayaraq, Yeni Zelandiyada müsəlmanların qırğın edilməsini qınayıb və bildirib: Sülh, ədalət və insanlığa düşmən olanlar dünyanın istənilən nöqtəsində terrorizmdən öz məqsədlərinə çatmaq üçün bir vasitə olaraq istifadə edirlər. 

Bu bəyanatda deyilir: Məsciddə ibadətlə məşğul olan bir qrup müsəlmana qarşı terror aktının törədilməsi, çoxlu sayda qadın, uşaq və kişinin şəhid edilməsi və yaralanması hegemonçuluq quruluşu və onun himayədarlarından qaynaqlanan terrorizmin aşkar nümunəsidir. 

İslam Sülh Assossasiyası Yeni Zelandiya hökumətindən habelə, beynəlxalq təşkilatlar və hüquq təşkilatlarından bu terror hücumunun arxasında duran bütün terrorçuların və onların himayədarlarının kimliyinin müəyyən edilməsi və cəzalandırılması istiqamətində səy göstərmələrini istədi. 

Şərhlər