Mar 17, 2019 19:04 Asia/Baku
  • Brüssel Tereza Meyi
    Brüssel Tereza Meyi "yıxmaq" istəyir

Britaniyada çıxan "The Observer" həftəliyi Avropa Birliyinin Britaniyanın baş nazirini nakam qoymağa çalışdığını yazıb.

"The Observer" həftəliyi bazar günü bu həftəliyin əməkdaşları tərəfindən müşahidə edilən sənədlərə istinadla yazıb: Avropa Birliyi Tereza Meyin hökumətini "yıxmaq" istəyir.

Diplomatik nota formatında olan bu sənəd Avropa Birliyinin səfirləri və yüksək səviyyəli rəsmiləri arasındakı iclasın detallarından bəhs edir. Bu sənədə əsasən Tereza Meyin canişini olacaq şəxsin "Brexit" anlaşmasını dərhal icra edə bilməyəcəyindən əmin olmaq üçün bir sıra səylər həyata keçirilir.

"Brexit"in qatı tərəfdarları baş nazir Tereza Meyin Britaniyanın Avropa Birliyini anlaşma olmadan tərk edə biləcək bir baş nazir ilə əvəz olunmasını istəyirlər.

"The Observer" həftəliyinin yazdığına görə, Leyboristlər partiyası bu fürsəti dəyərləndirərək, yenidən referendumun keçirilməsi məsələsini gündəmə gətirmək istəyir.

Teqlər

Şərhlər