Mar 22, 2019 15:18 Asia/Baku
  • Trampın Qolan yüksəklikləri barədəki qanunsuz sözlərinə qarşı reaksiyalar davam edir

Avropa Birliyi Amerika ilə aşkar qarşıdurmada bildirib ki, sionist rejimin Qolan yüksəkliklərinə hakimiyyətini rəsmi şəkildə tanımır.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerinin sözçüsü Maya Kosiyanciç ABŞ prezidenti Donald Trampın sözləri ilə müxalifətdə bildirib: Avropa Birliyinin Qolan yüksəkliklərinin haraya aid olmasına dair mövqeyi dəyişməyibdir.

Kosiyanciç əlavə edib: Beynəlxalq hüquq normalarına əsasən, Avropa Birliyi sionist rejimin 1967-ci ildə işğal etdiyi ərazilərə, o sıradan Qolan yüksəkliklərinə hakimiyyətini rəsmi şəkildə tanımır və onu bu rejim ərazisinin bir hissəsi hesab etmir.

BMT baş katibi sözçüsünün müavini Suriyanın Qolan yüksəkliklərinin sionist rejim tərəfindən işğal edilməsini qanunsuz bir hərəkət adlandırıb.

Fərhan Həqq deyib: Birləşmiş Millətlər Təşkilatının mövqeyi Donald Trampın sionist rejimin Qolan yüksəkliklərinə qanunsuz hakimiyyətinin rəsmən tanınmasını himayə etməsindən sonra əsla dəyişməyibdir.

BMT baş katibi sözçüsünün müavini söyləyib: Bu orqan Suriyanın Qolan yüksəkliklərinin sionist rejim tərəfindən işğal edilməsini  qanunsuz bir hərəkət hesab edən BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisinin qətnamələrinə sadiq qalmaqda davam edir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ prezidentinin sionist rejimin Qolan yüksəkliklərinə qanunsuz hakimiyyətini rəsmən tanımaq üzrə mövqeyini pisləyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü  Mariya Zaxarova bu gün ABŞ prezidenti Donald Trampın sionist rejimin Qolan yüksəkliklərinə qanunsuz hakimiyyətini rəsmən tanımaq üzrə son mövqeyini pisləyərək, deyib: Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından yan keçmək məqsədilə Qolan yüksəkliklərinin vəziyyətini dəyişdirmək, bu təşkilatın həmin məntəqə barədəki qərarlarının aşkar və birbaşa şəkildə pozulması deməkdir.

Zaxarova Suriyanın Qolan yüksəkliklərinə mülkiyyəti mövzusu barədə Rusiyanın prinsiplərinə söykənən qanuni bir mövqeyin tutulmasına toxunaraq, əlavə edib: BMT Təhlükəsizlik Şurasının 1981-ci ildə qəbul olunmuş 497 saylı qətnaməsi məhz Rusiyanın Qolan barədəki mövqeyini təsdiqləyir.

Ərəb Liqasının baş katibi Amerika prezidentinin sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakimiyyəti barədəki təhrikedici sözlərini beynəlxalq hüquq normalarının pozulması adlandırıb.

Əhməd Əbulqeyt dünən gecə deyib: Sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakimiyyətinin rəsmən tanınmasına yol açan ABŞ prezidenti Donald Trampın sözləri beynəlxalq hüquq normalarından tamamilə kənar olan və rədd olunan bir addımdır.

Amerika prezidenti martın 21-də təhrikedici bir ifadədə bildirdi ki, 52 ildən sonra Amerikanın sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakimiyyətini tam və rəsmi şəkildə tanımasının vaxtı gəlib çatıbdır.

Qolan yüksəklikləri Suriyanın cənub-qərbində yerləşən Qunəytrə vilayətinin tərkib hissəsi olan dağlıq bir məntəqədir.

Sionist rejim 1967-ci ildə Suriya ərazisinin bu məntəqəsinin böyük bir hissəsini öz işğalı altına aldı və o zamandan bəri bu barədə BMT tərəfindən müxtəlif qətnamələrin qəbul olunmasına rəğmən, həmin məntəqəni Suriya hökumətinə qaytarmaqdan boyun qaçırır.

 

 

Şərhlər